Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk oyununda “Sumqayıt” klubu öz meydanında “Xəzər Lənkəran”la qarşılaşacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma avqustun 4-də, saat 18:30-da start götürəcək.
Əvəzedicilər isə avqustun 3-də eyni saatda Sumqayıt İdman Mərkəzində rəqibini qəbul edəcək
