“Sumqayıt” “Vardar”ı məğlub etdi
22.01.2019 , 18:53

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama görüşünə çıxıb.
Ayxan Abbasovun komandası Makedoniyanın yüksək liqasında çıxış edən “Vardar”la qarşılaşıb. Görüş “gənclik şəhəri” təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk sınaq matçında Qazaxıstan klubu “Jetısu” il bərabərə qalan (1:1)”Sumqayıt” son oyununu yanvarın 26-da “Zemun”a (Serbiya) qarşı keçirəcək.
22 yanvar
Yoxlama görüşü
16:00. “Sumqayıt” (Azərbaycan) – “Vardar” (Makedoniya) – 3:1
Qollar: Arif Daşdəmirov, 39, Xəyal Nəcəfov, 56, Elvin Məmmədov, 86
Antalya
