“Sumqayıt” – “Vardar” oyununun vaxtı açıqlandı
21.01.2019 , 22:49

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” sabah növbəti yoxlama oyununu keçirəcək.
Makedoniya təmsilçisi “Vardar”la matçın vaxtı və məkanı bəlli olub.
Görüş Manavgat şəhər stadionunda yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) start götürəcək. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.
