“Sumqayıt” Vaqif Cavadovla bağlı qərar verdi – Rəsmi
08.01.2025 , 17:15
“Sumqayıt” Futbol Klubunda Müşahidə Şurasının növbəti iclası baş tutub.
Korner.az xəbər verir ki, iclasda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub.
Daha sonra isə hal-hazırda müvəqqəti baş məşqçi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb. Cavadov qarşıdakı 2,5 il müddətində “Sumqayıt” FK-nın baş məşqçisi təyin olunub.