Bu gün “Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür.
Korner.az-ın məlumatına görə, “kimyaçılar” axşam saatlarında paytaxt Bakıda olacaq.
İki günlük istirahətin ardından komanda “Kapital Bank Arena”da Premyer Liqanın növbəti turu üçün “Neftçi” ilə oyunun hazırlığına başlayacaq.
“Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirdi. Samir Abasovun komandası Qazaxıstan “Akjayık” klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi “Voluntari” ilə 0:0 hesablı heç-heçə edib, son İran çempionu “Sepahan”a 1:2 hesabı ilə məğlub olub və 4 qat Rumıniya çempionu olmuş “Petrolul”la 1:1 hesablı heç-heçəyə imza atıb.
