“Sumqayıt” Türkiyəyə yollandı
05.01.2023 , 14:24
“Sumqayıt” 2022/23 mövsümünün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Kimyaçılar” bu gün Antalyaya yola düşüb.
Premyer Liqa təmsilçisinin Türkiyə toplanışı yanvarın 18-nə qədər olacaq. Komanda burada 2 sınaq matçı keçirəcək.