“Sumqayıt” Türkiyəyə gedir
14.07.2023 , 16:55

“Sumqayıt” 2023/24 mövsümü üçün hazırlıqlarını davam etdirir.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-dan baş məşqçi Samir Abasovun rəhbərliyi ilə çalışmalara start verən komanda təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.
“Sumqayıt” 16-27 iyul tarixlərində Ərzurum şəhərindəki otellerdən birində məskunlaşacaq. Komandanın yoxlama oyunları və matçların keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
