“Sumqayıt” klubu Türkiyənin Nevşehir bölgəsindəki hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bernhard Raabın yetirmələri bu gün istirahət edəcək.
Avqustun 1-dən etibarən Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda hazırlaşacaq “Sumqayıt” gün ərzində iki dəfə olmaqla Premyer Liqanın ilk turu çərçivəsində qarşılaşacaqları AZAL-la oyuna hazırlaşacaq.
Qeyd edək ki, “Sumqayıt” – AZAL oyunu avqustun 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
