“Sumqayıt” Türkiyə klubu ilə qarşılaşacaq
24.07.2022 , 13:08
2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi “Samsunspor”la üz-üzə gələcək. 25 iyul tarixində Çeşme bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
“Sumqayıt” buradakı ilk sınaq matçında “Bandırmaspor”la heç-heçə edib – 2:2.