2012/2013 mövsümü üçün hazırlığını Türkiyənin Nevşehir bölgəsində davam etdirən "Sumqayıt" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın rəqibi növbəti mövsümdən Bank Asya 1-ci Liqasında mübarizə aparacaq "1461 Trabzon" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" klubu bundan əvvəl "Kayseri Eciyesspor" (2:2) və "Kayserispor" A2 (6:0) ilə yoxlama oyununda qüvvəsini sınamışdı.
