2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt”ın Türkiyənin Nevşehir bölgəsində təlim-məşq toplanışında sınaq matçları üçün rəqibləri müəyyənləşib.Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyulun 21-dən 30-dək hazırlıq çərçivəsində Bernhard Raabın rəhbərlik etdiyi komanda 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
İyulun 24-də baş tutacaq ilk görüşdə Sumqayıt təmsilçisi “Ərciyyespor”la üz-üzə gələcək. Son mövsümün autsayderi iyulun 26-da “Ankaragücü” ilə gücünü yoxlayacaq. “Sumqayıt” son yoxlama oyununu iyulun 28-də Bank Asiya 1-ci liqaya vəsiqə qazanmış “1461 Trabzon” klubuna qarşı keçirəcək.
Xatırladaq ki, “Sumqayıt” Avanos vilayətində yerləşən “Avrasiya” otelində məskunlaşacaq.
