Topaz Premyer Liqasının 14-cü turunda “Simurq” Sumqayıtda eyniadlı komandanın qonağı olub.
Korner.az-ın məlumatına görə, Stepan Polyakın 42-ci dəqiqədə vurduğu qol Zaqatala təmsilçisinə 3 xalı qazandırıb.
Georgi Çixradze: “Oyunun çətin olacağını bilirdik. Ümumiyyətlə, Premyer Liqada asan oyun yoxdur. “Sumqayıt” yaxşı hücum futbolu oynayan komandadır. Qələbə qazanmaq bizim üçün vacib idi. İlk hissədə ikinci hissədən daha yaxşı oynadıq”.
Aqil Məmmədov: “Futbolçularım yaxşı oynadı. Təəssüf ki, nəticə qənaətbəxş olmadı. Ustalıq səviyyəmiz qələbə qazanmaq üçün kifayət etmədi”.