“Sumqayıt” Serbiya klubuna məğlub oldu
12.01.2026 , 19:00
“Sumqayıt” Antalya toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Serbiyanın “OFK Belqrad” komandası ilə qarşılaşıbX
Matç “Sumqayıt”ın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Sumqayıt” hazırda Azərbaycan Premyer Liqasında 27 xalla 5-cidir. “OFK Belqrad” isə Serbiya Superliqasında 25 xalla 9-cudur.