“Sumqayıt” “Şaxtyor”la qarşılaşacaq
10.01.2020 , 11:54

“Sumqayıt”ın Antalya toplanışı çərçivəsində daha bir rəqibi məlum olub.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun komandası Qazaxıstanın “Şaxtyor” klubu ilə qarşılaşacaq. Bu barədə Karaqanda klubunun saytı məlumat yayıb. Görüş yanvarın 25-nə nəzərdə tutulub.
Qeyd edək ki, “Sumqayıt” Antalyada daha 3 yoxlama görüşü keçirəcək. “Kimyaçılar” yanvarın 14-də Macarıstanın “Kaposvar”, 17-də Rumıniyanın “Politexnika İaşi”, 21-də isə Polşanın “Arka” klubları ilə qarşılaşacaq.
