“Qarabağ” “Sabah” a qalib gəldi
11.09.2022 , 22:26
Bu gün Premyer Liqada VI tura yekun vurulub.
Korner.az xəbər verir ki, son gündə daha iki matç keçirilib. Əvvəlcə “Sumqayıt” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə bitib.
Tura mərkəzi oyunla yekun vurulub. “Qarabağ” azarkeşləri qarşısında “Sabah”la üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 4:3 hesabı ilə bitib.
Azərbaycan Premyer Liqası
VI tur
11 sentyabr (bazar)
“Sumqayıt” – “Şamaxı” – 1:1
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
“Kapital Bank Arena”, 18:00
“Qarabağ” – “Sabah” – 4:3
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”, 20:30