“Sumqayıt”
Futbol Klubu növbəti transferini rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, Komanda “Şahdağ”da
çıxış edən 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Şahrudin
Məhəmmədəliyevi heyətinə qatıb. 1994-cü il təvəllüdlü qolkiper
“Sumqayıt” ilə 2,5 illik müqavilə imzalayıb.
