“Sumqayıt” “Sabah”la matçın hazırlıqlarına start verdi
06.11.2019 , 20:36
Azərbaycan Premyer Liqasının X turunda qarşılaşdığı “Zirə” ilə matçdan sonra bir günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən etibarən “Sabah”la oyun üçün hazırlığa başlayıb.
Korner.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”da məşqə çıxıb.
Məşqin ilk yarım saatını fitness zalında keçirən komanda daha sonra isə meydançada toplu çalışmaları yerinə yetirib. Ümumilikdə 1.5 saat davam edən hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.