“Sumqayıt” “Sabah”ı seçdi
16.03.2021 , 17:13

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə müddəti ərzində 2 yoxlama oyunu keçirəcək “Sumqayıt”ın ilk rəqibi müəyyənləşib.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda martın 28-də “Sabah”la üz-üzə gələcək.
Digər rəqib və oyunların keçiriləcəyi məkan barədə yaxın vaxtlar məlumat veriləcək.
