“Sumqayıt” sabahdan etibarən hazırlıqlara start verir
02.01.2020 , 16:07

“Sumqayıt” sabahdan etibarən Azərbaycan Premyer Liqasında 3-cü dövrənin hazırlığına başlayacaq.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda saat 11:00-da “Kapital Bank Arena”da 2020-ci ilin ilk məşqinə çıxacaq.
