“Sabah” “Sumqayıt”a məğlub oldu, “Səbail” “Qəbələ” ilə heç-heçə etdi
21.09.2019 , 21:43

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
“Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsiylə bitib – 1:0
Günün digər oyunu isə “Səbail”lə “Qəbələ” arasında baş tutub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
V tur
21 sentyabr
17:30. “Sumqayıt” – “Sabah” – 1:0
Qol: Sərtan Taşqın, 34,
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev.
“Kapital Bank Arena”
19:45. “Səbail” – “Qəbələ” – 1:1
Qol: Rövlan Muradov, 17, Mirabdulla Abbasov, 68
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
“ASCO Arena”
