“Sabah” “Sumqayıt”a qalib gəldi
22.12.2025 , 21:30
Azərbaycan Premyer Liqasında bu gün ilin son oyunu keçirilib.
Korner.az xəbər verir ki, 16-cı turun 4-cü oyun günündə bir qarşılaşma baş tutub.
“Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edib. Masazır təmsilçisi bu görüşdə 3:1 hesabı ilə qalib gələrək qış çempionu olub.
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah” – 1:3
Qol: Velko Simiç, 26, Velko Simiç, 50, Keffel Resende, 60-avtoqol, Ronaldo Vaskez, 66
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu