“Neftçi” “Qarabağ”a qalib gəldi
13.02.2021 , 20:27
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında “Sumqayıt” doğma meydanda “Səbail”i qəbul edib. Meydan sahibləri bu görüşdə 3:0 hesablı qələbə qazanıb.
Günün mərkəzi görüşündə isə “Qarabağ” “Neftçi” ilə qarşılaşıb. Ağdam klubu bu görüşdə məğlub olub – 1:2.
Azərbaycan Premyer Liqası
XV tur
13 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Səbail” – 3:0
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”
18:30. “Qarabağ” – “Neftçi” – 1:2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu