“Sumqayıt” “Səbail”lə qarşılaşacaq
12.11.2020 , 17:52

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, sözügedən komanda “Səbail”lə qarşılaşacaq.
Noyabrın 14-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək matça saat 14:00-da start beriləcək.
