Futbol

“Sumqayıt” – “Səbail” görüşünün təyinatında dəyişiklik

22.08.2019 , 12:46

Premyer Liqanın II turunda oynanılacaq “Sumqayıt” – “Səbail” görüşünün təyinatlarında dəyişiklik edildi.

Korner.az PFL-ə istinadən xəbər verir ki, AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarına əsasən görüşün hakim-inspektoru Ceyhun Haşımov yox, Ramil Diniyev olacaq.

“Sumqayıt” – “Səbail” oyunu avqustun 24-ü, saat 19:00-da baş tutacaq.

Son yazılar

Yuxarı