“Sumqayıt” 2017/2018 mövsümü üçün hazırlığını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası hazırlıq prosesinin 1-ci mərhələsində növbəti yoxlama görüşünü keçirib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Səbail”lə qarşılaşan komanda 1:0 hesablı qələbə qazanıb. Oyunda vurulan yeganə qola Cavid İmamverdiyev imza atıb.
