“Sumqayıt” Rusiya klubuna qarşı
17.01.2023 , 10:18

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” son yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, “kimyaçılar” Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov”la üz-üzə gələcək.
Matça Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.
Sabah isə “Sumqayıt” ölkəyə qayıdacaq.
Xatırladaq ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Antalyada “Radnik”ə 2:1 qalib gəlmişdi.
