“Sumqayıt” “Rekord”la heç-heçə etdi
23.01.2020 , 20:51

Birinci Divizionun 2-ci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Sumqayıt Arena”nın ehtiyat meydançasında İranın aşağı liqa təmsilçisi “Rekord” komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Sumqayıt-2”-nin qolunu Nurlan Quliyev rəqib qapısından keçirib.
Yoxlama oyunu
23 yanvar
“Sumqayıt-2” – “Rekord” (İran) – 1:1
Qol: Nurlan Quliyev.
