Azərbaycan Premyer Liqasının ikinci mərhələsinə hazırlaşan "Sumqayıt" klubu "Bayıl Arena"da "Rəvan"la yoxlama oyununa çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Ötən gün həmçinin "Sumqayıt"ın əvəzediciləri də "Rəvan"ın əvəzediciləri ilə görüşüb. Qarşılaşma rəqibin 4:1 hesabı qələbəsi ilə yekunlaşıb. Əvəzedicilərdə yeganə qolu Emin Cəbrayılov vurub.
