“Sumqayıt” Futbol Klubu Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Samir Abasov komandaya 2 günlük istirahət verib.
Komanda iyulun 29-da etibarən “Kapital Bank Arena”da “Zirə” ilə oyunun hazırlığına başlayacaq.
