“Sumqayıt” “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirəcək
18.01.2021 , 13:40

Birinci Divizionun ikinci yarısı üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Qaradağ Lökbatan”la üz-üzə gələcək.
Yanvarın 19-da “Sumqayıt Arena”nın ehtiyat meydançasında keçiriləcək qarşılaşmaya saat 14:30-da start veriləcək.
