“Sumqayıt” “Qarabağ”la qarşılaşacaq
25.01.2019 , 17:00

I Divizionun lideri olan “Sumqayıt-2”nin əvəzediciləri sabah növbəti yoxlama oyununu keçirəcək.
Elbrus Məmmədovun kollektivi I Divizion təmsilçisi “Qarabağ-2” ilə qarşılaşacaq. Oyun “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutacaq. Qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.
Qeyd edək ki, “Sumqayıt-2” bundan öncə “Uğur”la 2:2 hesablı heç-heçə edibsə, “Şahdağ”ı 2:1 hesab ilə məğlub edib.
