“Sumqayıt” “Qarabağ”la heç-heçə etdi
11.10.2019 , 16:22

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Sumqayıt”ın əvəzediciləri yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, “kimyaçılar” Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında “Qarabağ-2” ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə bitib.
Yoxlama oyunu
11 oktyabr
“Sumqayıt-2” – “Qarabağ-2” 1:1
