“Qəbələ” “Sumqayıt”a qalib gəldi
30.11.2020 , 17:57

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyunda “Sumqayıt”la “Qəbələ” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
Noyabrın 28-i keçirilməsi nəzərdə tutulan sözügedən matç qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınmışdı.
Azərbaycan Premyer Liqası
XI tur
30 noyabr (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Qəbələ” – 0:1
Qol: Utriq, 16
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Kapital Bank Arena”
