“Sumqayıt” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi
28.11.2020 , 12:42

Premyer Liqanın XI turu çərçivəsində bu gün keçirilməli olan, lakin bəzi futbolçuların koronavirus testindən keçməsinə ehtiyac olduğu üçün təxirə salınan “Sumqayıt” – “Qəbələ” matçının vaxtı məlum olub.
Korner.az xəbər verir ki, qarşılaşma 30 noyabr saat 16:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək.
Bu barədə PFL-in saytı məlumat yayıb.
