“Sumqayıt” – “Qəbələ” oyunu təxirə salındı – koronavirusa görə
27.11.2020 , 16:16

Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Korner.az xəbər verir ki, XI turun sabah keçirilməli olan “Sumqayıt” – “Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə PFL-in saytı məlumat yayıb.
Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək
