“Sumqayıt” “Qəbələ” ilə yoxlama oyunu keçirəcək
04.09.2019 , 22:12

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə “Sumqayıt” yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri “Qəbələ” ilə qarşılaşacaq.
“Kapital Bank Arena”da keçiriləcək matç 7 sentyabr, saat 18:00-da start götürəcək.
