“Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq
08.06.2020 , 15:17
Azərbaycan Premyer Liqasının geridə qalan oyunları üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” yoxlama oyunu keçirəcək.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası “Qəbələ” ilə qarşılaşacaq. İyunun 10-da Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.