“Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq
09.10.2020 , 15:08

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Qəbələ” ilə qarşılaşacaq.
Oktyabrın 10-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək matça saat 16:30-da start veriləcək.
