“Sumqayıt” Polşa klubu ilə qarşılaşacaq
26.12.2019 , 11:51

“Sumqayıt”ın Antalyada təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
Ayxan Abbasovun komandası Polşanın yüksək liqa təmsilçisi “Arka” ilə qarşılaşacaq. Bu barədə Polşa mətbuatı yazıb. Matçın yanvarın 21-i keçiriləcəyi bildirilib.
Qeyd edək ki, “Arka” hazırda ölkə çempionatında 21 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.
