“Sumqayıt” onu göndərdi
13.06.2024 , 14:10

“Sumqayıt” futbolçusu Oktavio Manteka ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçən 30 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatıb.
“Sumqayıt” Oktavioya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.
