“Sumqayıt” növbəti transferini rəsmən açıqladı
17.07.2020 , 18:15

“Sumqayıt” Tellur Mütəllimovun ardınca daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az xəbər verir ki, “gənclik şəhəri”nin təmsilçisi son mövsümü “Zirə”də keçirmiş sabiq futbolçusu Elvin Məmmədovla 1 illik müqavilə imzaladığını rəsmən açıqlayıb.
Qeyd edək ki, 2018/19 mövsümündə “Sumqayıt”da oynamış 32 yaşlı Məmmədov (15 oyun, 2 qol) “Zirə” (50 oyun 5 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış təcrübəli yarımüdafiəçi yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.
