Azərbaycan kubokunda bütün yarımfinalçılar müəyyənləşdi
20.12.2019 , 21:58

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə daha iki maçt keçirilib.
“Sumqayıt” ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi “Neftçi” ilə cavab oyununda qolsuz heç-heçəyə razılaşaraq yarımfinala çıxıb.
Günün və mərhələnin son oyunu Bayılda keçirilib. İlk matçda mərkəzi arenada “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Keşlə” cavab görüşündə də uduzaraq, kubokda mübarizəni dayanıdırıb.
Beləliklə, yarımfinalda “Qəbələ”, “Zirə”, “Qarabağ” və “Sumqayıt” mübarizə aparacaq.
20 dekabr (cümə)
17:00. “Sumqayıt” – “Neftçi” – 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”
İlk oyun – 1:0
20:00. “Keşlə” – “Qarabağ” – 1:3
Qol: Mahir Emreli, 20, Xayme Romero, 40, Xəzər Mahmudov, 67, Toral Bayramov, 90+2
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”
İlk oyun – 0:1
19 dekabr
18:00. “Sabah” – “Qəbələ” – 2:3
İlk oyun – 0:3
15:00. “Zirə” – “Səbail” – 1:0
İlk oyun – 0:0
