"Sumqayıt" "Neftçi"dən kənarlaşdırılan Fərid Quliyevlə anlaşıb. Korner.az-ın məlumatına görə, Premyer Liqada qalacağı dəqiqləşdirilən Sumqayıt klubu bu transferlə hücum xəttində yaranan "dişsizliyi" aradn qaldırmağa çalışır.
Qeyd edək ki, Fərid 2009-10-cu il mövsümündə başqa bir Sumqayıt təmsilçisi “Standard”ın şərəfini qoruyub və çempionatın bombardiri olub.
