Topaz Premyer Liqasının növbəti turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, komanda bu gün səhər saatlarında növbəti məşqini keçirib.
Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu – Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb.
Samir Abasovun yetirmələri Azərbaycan millisinin oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək, noyabrın 13-də “İnter”lə yoxlama oyunu keçirəcək.
