Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 17-də səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən veridyi məlumata görə, dünən Bayıl stadionunda məşqə çıxan komanda əvəzedicilərlə birləşərək iki tərəfli oyun keçirib. Zədəsini sağaltmış Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Milli komandanın heyətində yer alan Səlahət Ağayevlə Uğur Pamuk və “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyev isə hazırlıq prosesində iştirak etməyib. Bu gün istirahət edən "Sumqayıt" sabah Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxacaq.
