“Sumqayıt” “Neftçi” ilə oyuna ciddi itki ilə çıxacaq
15.12.2018 , 11:25

Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” klubu oyuna ciddi itki ilə çıxacaq.
“Gənclik şəhəri” təmsilçisinin aparıcı futbolçusu Əfran İsmayılov zədədən əziyyət çəkir. Təcrübəli yarımmüdafiəçi ilk oyunu zədəsi səbəbindən buraxmalı olacaq.
Onun cavab qarşılaşmasında meydanda olacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi” və “Sumqayıt” komandaları arasında görüş bu gün keçiriləcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.
