Premyer Liqanın 2015/2016 mövsümü üçün hazırlığa start verən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, komanda “Kapital Bank Arena”da 19 yaşadək futbolçulardan ibarət milli ilə qarşılaşıb.
Oyun “Sumqayıt”ın 2:1 hesablı üstünlüyü ilə bitib. Komandadan qolları Vurğun Hüseynov və Ağabala Ramazanov vurub.
Xatırladaq ki, “Sumqayıt” hazırlığın ilkin mərhələsi dövründə növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Həmin görüş saat 19:00-da “Kapital Bank Arena”da baş tutacaq.
