2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Topaz Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olunub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq, "Sumqayıt" Futbol Klubu Müşahidə Şurasının tərkibini elan etmək məqsədi ilə mətbuat konfransı təşkil ediəcək.
Tədbir sentyabrın 27-də saat 12:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.
