“Sumqayıt” məşqdə şəhidləri yad etdi
20.01.2020 , 20:33

Üçüncü dövrənin hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” qonşu ölkədə bu gün növbəti məşqini keçirib.
Korner.az xəbər verir ki, məşqdən əvvəl 20 yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb. Baş məşqçi Ayxan Abbasov 20 yanvar hadisələri haqqında futbolçulara məlumat verib.
Təxminən 1 saat 20 dəqiqə davam edən məşq prosesində əvvəlcə fiziki gücün artırılması, daha sonra isə müxtəlif toplu hərəkətlər üzərində çalışılıb.
“Sumqayıt” sabah Antalyada növbəti yoxlama oyununu keçirəcək. Komanda Polşa təmsilçisi “Arka” ilə üz-üzə gələcək.
