“Sumqayıt”ın yeni baş məşqçisinin adı müəyyənləşib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisini 2013/14 mövsümündə Aqil Məmmədov çalışdıracaq.
Klub daxili iclasdan sonra 41 yaşlı çalışdırıcı ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt”da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub.
Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə isə əsas komandada Bernhard Raabın köməkçisi olub.